Birləşmiş Ştatların Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) banklar tərəfindən ipoteka kreditləri verilən vergi ödəyicilərinin daşınmaz əmlakının müsadirə olunması qaydalarını öyrənir. SİA-nın məlumatına görə, ABŞ-ın hüquq mühafizə və maliyyə orqanları bu məsələlərlə maraqlanıblar.
Oktyabrın 15-də "JPMorgan Chase" və "Bank of America" banklarının səhmləri qiymətdə 4 faizdən çox aşağı düşüb. Bununla bağlı hər iki kredit-maliyyə qurumu müsadirə prosesini dayandırmaq məcburiyyətində qalıb.
Evlərin müsadirəsi zamanı bir çox qayda pozuntularına yol verildiyinə dair faktların təsdiq olunduğu halda banklara cərimələr kəsiləcəyi istisna edilmir. Bundan başqa müsadirə prosesinin müvəqqəti dayandırılması bank sisteminə əlavə 10 milyard dollar bahasına başa gələ bilər.
Bunun ən yaxşı halda belə olacağı güman edilir. Buna rəğmən isə bəzi banklar yaranmış çətinliklər səbəbindən ipoteka istiqrazlarını "Fannie Mae" və "Freddie Mac" agentliklərindən geri almağa məcbur olacaqlar. Nəticədə banklar təxminən 70 milyard dollar vəsait itirəcəklər. Evlərin müsadirəsi fond bazarlarının iştirakçıları üçün əlavə qeyri-müəyyənlik yaradacaqdır.
Ekspertlərin qənaətinə görə, evlərin müsadirə edilməsi prosesi ilə bağlı yeni böhran təxminən 154 milyard məbləğində ipoteka kreditlərinə toxuna bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB