Rəqəmsal pula olan meyl

Tokioda fəaliyyət göstərən maliyyə xidmətləri şirkəti SBI Holdings və tərəfdaşı SBI Ripple tərəfindən blok zənciri (Blockchain) texnologiyası istifadə edilərək inkişaf etdirilən rəqəmsal pul Ripple XRP-nin qiyməti 20 faiz artımla 1,43 dollar səviyyəsinə qalxıb.

Ripple XRP, çatdığı 54 milyard dollar bazar dəyəri ilə Bitcoin və Ethereum-dan sonra üçüncü ən böyük kriptovalyuta mövqeyinə yüksəlib.

XRP-nin bir anda ön plana çıxmasına SBI Holding və SBI Ripple Asia-nın Yaponiyada kredit kartı şirkətləri ilə blok zənciri (Blockchain) texnologiyasının istifadəsi məsələsində bir konsorsium yaratdıqlarını açıqlamaları səbəb olub.

Ripple XRP-nin dəyər qazandığı bu gün Bitcoin qiyməti dünən ilə müqayisədə 6 faiz azalma ilə 14.677,02 dollar, Ethereum isə 7 faiz azalma ilə 724,60 dolar səviyyəsində olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə