Ermənistan qorxur və özünə kömək axtarır MÜNASİBƏT

Ermənistan qorxur və özünə kömək axtarır MÜNASİBƏT

“Gürcüstan və Ermənistanın müdafiə nazirləri Levon İzoriyayla Vigen Sarkisyan razılığa gəliblər. Razılığa əsasən hər iki ölkə arasında hərbi sahədə əməkdaşlığı daha da dərinləşdirmək nəzərdə tutulur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, əlbəttə, bu hər iki tərəfin öz işi və prinsipidir. Ancaq, burada bir məsələ maraqlıdır ki, Gürcüstan özəlliklə də bu ilki ikitərəfli anlaşmalardan sonra regionda de-fakto Rusiya ordusunun bir hissəsinə çevirilən Ermənistan ordusuyla əməkdaşlığı necə və hansı formada dərinləşdirəcək? Axı rəsmi Tiflis Gürcüstan torpaqlarının işğalında məhz Rusiyanı günahlandırır. Gürcüstanın atdığı bu addım sual altındadır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə