“Təmiz Şəhər” ASC Azərbaycanı Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının illik görüşündə təmsil edib
Çexiyada Avropanın Tullantıdan Enerjiyə Tədqiqat və Texnologiya Şurasının illik görüşü keçirilib. SİA-nın məlumatına görə, şurasının illik toplantısında Azərbaycan nümayəndə heyəti də iştirak edib. Tədbirdə Azərbaycanı "Təmiz Şəhər" ASC-nin nümayəndə heyəti təmsil edib. Qeyd edək ki, ASC nümayəndələri Bakıda tikilən məişət tullantılarının yandırılması zavodu barədə tədbir iştirakçılarına ətraflı məlumatlar veriblər. Zavodun 2012-ci ildə istismara verilməsi və 231 mln. kVt/saat elektrik enerjisi istehsal edə bilmə qabiliyyətinin olması barədə də söhbət açılıb. Qeyd edək ki, sözügedən zavod sayəsində Bakıda tullantıların ümumi kütləsi 3, həcmi isə 10 dəfə azalacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB