Noyabr ayında Naxçıvanda dəmir yolu nəqliyyatı ilə muxtar respublika ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 10 min 920 ton müxtəlif təyinatlı yük, 12 min 644 sərnişin daşınıb.
“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən bildirilib ki, bu dövrdə Culfa Lokomotiv Deposunda lokomotivlər 3 dəfə texniki baxışdan keçirilərək cari təmir işləri aparılıb.
Sərnişinlərin rahat gediş-gəlişlərini təmin etmək üçün sərnişin vaqonlarında profilaktik tədbirlər görülüb. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilib, təmir işləri aparılaraq nasazlıqlar aradan qaldırılıb, Ordubad-Vəlidağ sahəsində yük-sərnişin qatarlarının fasiləsiz hərəkəti təmin olunub.
Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən 2017-ci ilin noyabr ayında Ordubad dəmir yolu sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və yolun 369-cu kilometrində yerləşən 4 saylı yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində aparılan əsaslı təmir işləri davam etdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB