Neftin qiyməti dolların məzənnəsinin düşməsi fonunda ucuzlaşıb

Neftin qiyməti dolların məzənnəsinin düşməsi fonunda ucuzlaşıb
Dolların məzənnəsinin düşməsi nəticəsində neftin qiymətində ucuzlaşma müşahidə olunub. SİA-nın məlumatına görə, Nyu-Yorkdakı "NYMEX" birjasında noyabr fyuçerslərinə görə, WTI markalı neftin qiyməti 1,44 dollar düşərək 81,25 dollar təşkil edib. Londondakı "ICE" birjasında isə Brent markalı neftin qiyməti 1,75 dollar ucuzlaşaraq 81,95 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə