Neftin qiyməti müxtəlif istiqamətdə dəyişir

Neftin qiyməti müxtəlif istiqamətdə dəyişir

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətdə dəyişir.

SİA xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,07 dollar və ya 0,12% azalaraq 58,29 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,05% artaraq 64,93 dollar olub.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə