Bomba xəbəri yalan çıxdı - YENİLƏNİB

Bomba xəbəri yalan çıxdı - YENİLƏNİB

Bakı Dəmiryolu Vağzalında aparılan axtarışlar başa çatıb. SİA-nın məlumatına görə, FHN və hüquq-mühafizə orqanları əməkdaşlarının axtarışları zamanı binaya bomba qoyulmadığı məlum olub və həyata keçirilən axtarışlar nəticəsində hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.

Elan olunub ki, bilet almaq istəyən şəxslər binaya daxil ola bilərlər. Vağzalın əməkdaşları da binaya buraxılıb.

"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə