2018-ci ildə ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf tempi artacaq AÇIQLAMA

2018-ci ildə ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf tempi artacaq AÇIQLAMA

“Ölkəmizin müxtəlif regionlarında heyvandarlığın inkişafı üçün istifadəyə verilən aqroparklar, qısa müddət ərzində Azərbaycanın iqtisadiyyatına böyük töhfə verdi”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, yaradılan istixanalar ölkə iqtisadiyyatına gəlir gətirməklə bərabər məhsuldarlıq artdı və xarici ölkələrə ixrac prosesinə nail olundu: “Torpaq, su, meşə resurslarının habelə mövcud genefondun mühafizəsi onun səmərəli istifadəsi istiqamətinin təkmilləşdirilməsi ilə bağlı qəbul olunmuş qanunlar istiqamətdə bir sıra layihələr həyata keçirildi. Dövriyyədən kənarda qalan torpaqlar araşdırılaraq yenidən dövriyyəyə daxil edilir, sudan səmərəli istifadə edilən bir sıra su anbarları tikilir və kanallar vasitəsilə suvarılan torpaqların miqdarı artırılır. Bəzi torpaq mülkiyyətçiləri bağlarının suvarılmasında damcı üsulundan istifadə edirlər ki, bunun da məhsuldarlıq üçün böyük effekti var.

Son vaxtlar ölkəmizdə aqrar bazarın tənzimlənməsinə böyük diqqət yetirməklə məhsul istehsalının regionlaşması istiqamətində mühüm addımlar atılır. Aqrar sektoru dövlət tərəfindən güzəştli imkanların yaradılması, qismən maliyyələşdirilməsi bu sahəyə investorların cəlb edilməsinə şərait yaradır. İqtisadiyyatın daha da səmərəli inkişafı üçün daxili və xarici investorlar cəlb edilir. Ölkəmizdə hökm sürən sabitlik və stabillik investorların cəlb olunmasına situmul yaradır ki, bu gün iqtisadiyyatımızın bir sıra sahələri investorların iştirakı ilə inkişaf edir. Aparılan iqtisadi islahatlar qeyri-neft sektorunun inkişafını daha da sürətləndirdi. Ölkə iqtisadiyyatı Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir və dünya iqtisadiyyatına inteqrasiya edir. Azərbaycan brendinin yaradılması bu inkişafın bariz nümunəsidir.

Son vaxtlar ölkə Prezidenti Cənab İlham Əliyevin regionlara səfərləri zamanı ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə təsir göstərə biləcək müəssisələrin açılışını edib və bəzilərini isə təməl qurma mərasimlərində iştirak edib”.

Eldəniz Səlimov daha sonra qeyd edib ki, 2018-ci il, 2017-ci ildə yarımçıq qalmış layihələrin həyata keçirilməsinə nail olunacaq. Dövlət Proqramında nəzərdə tutulmuş iqtisadiyyatın müxtəlif sahələrində sürətli inkişaf davam etdirələcək və 2018-ci ildə ölkə iqtisadiyyatının bütün sahələrində inkişaf tempinin artacağı gözlənilir. Gələn il Azərbaycan dövləti üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın inkişafı davamlı olacaq, Azərbaycan xalqının sosial rifahı yaxşılaşacaq.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə