ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ-ın xam neft ehtiyatları ötən hesabat həftəsində 6,5 milyon barrel (1,5 faiz) azalaraq 436,5 milyon barrelə geriləyib. SİA xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bazar proqnozları isə ehtiyatların 3,7 milyon barrel azalması istiqamətində idi. Əvvəlki həftə ölkənin xam neft ehtiyatları 5,1 milyon barrel azalmışdı.

ABŞ-ın strateji neft ehtiyatları isə ötən həftə 400 min barrel artaraq 663,3 milyon barrel olub. Ölkənin benzin ehtiyatları keçən həftə 1,2 milyon barrel (0,5 faiz) artaraq 227,8 milyon barrel təşkil edib. Bazar proqnozları ehtiyatların 1,9 milyon barrel artması istiqamətində idi. Əvvəlki həftədə isə benzin ehtiyatları 5,7 milyon barrel artmışdı.

Hesabat həftəsində ABŞ-ın xam neft hasilatı əvvəlki həftəyə nisbətdə gündəlik orta hesabla 9 min barrel artaraq 9,79 milyon barrelə çatıb. Ölkənin neft idxalı əvvəlki həftəyə görə gündəlik 471 min barrel artaraq 7,36 milyon barrel olub. ABŞ-ın xam neft ixracı isə gündəlik 772 min barrel artaraq 1,86 milyon barrel təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə