Dəniz nəqliyyatı ilə kömürün daşınması azalacaq. Bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.
Bildirilir ki, 2022-ci ilə qədər dəniz nəqliyyatı ilə daşınan kömür idxalının 2016-cı illə müqayisədə 3,4 faiz azalacağını gözləyir. Çin və Hindistanda tələbatın azalması da nəzərdə tutulur. IEA-ya görə, Çinin idxal proqnozları altı il ərzində 23 faiz azalaraq 106 milyon tona geriləyə bilər. Ümumi idxal isə 2016-cı ildəki illik 764 milyon tondan 738 milyon tona geriləyəcək.
Hindistanın daxili istehsalının artması ilə ümumi idxalın 20 faiz azalaraq 89 milyon tona düşməsi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB