Baş nazirin müşaviri və kənd təsərüffatı nazirinin müavini Biləsuvarda olublar

Baş nazirin müşaviri və kənd təsərüffatı nazirinin müavini Biləsuvarda olublar
Bu gün baş nazirin müşaviri Musa Məmmədov və kənd təsərüffatı nazirinin müavini Aslan Aslanov Biləsuvar rayonunda olublar. SİA-nın məlumatına görə, onlar rayonun bütün istiqamətlərində əkin sahələrinin payız taxıl şumunun və səpininin gedişi və digər sahələrdə kəndə təsərüffatı işləri ilə tanış olublar.

Onlar həmçinin CTS Aqro MMC və Aqrofina ASC pambıq istehsalı üzrə birgə təsərüffatında kombaynlarla pambıq yığınının gedişinə də baxıblar.

"Azərsun Holdinq" şirkətinin Biləsuvar rayonundakı "Natural Gren Land" müəssisəsinin rəhbərliyi ilə onların təsərüffat işləri bağlı söhbətlər apararaq rayonun İsmətli kəndində fəaliyyət göstərən 200 başlıq müasir heyvandarlıq kompleksində təsərrüfat işlərinə baxış keçirilib və kompleksin sahibi ilə onların qarşılaşdığı problemlərlə bağlı söhbətlər ediblər.

Məlumat üçün bildirək ki, 2010-cu təsərrüfat ilində təsərrüfatlarda 2422 ton kondensiyalı toxum istehsal edilib. Bundan əlavə, dövlət standartlarında 5-ci reproduksiyalı qədər toxumların əkilməsi faktorunu nəzərə alsaq və ayrı-ayrı mülkiyyətçilərdə onların öz istehsalı olan müəyyən miqdarda reproduksiyalı toxumlarda mövcuddur və bu da rayon üzrə taxıl toxum materialına olan təlabatın əsas hissəsini ödəyəcək.

Bununla yanaşı, rayonun nümayəndələri Yevlax rayonunda fəaliyyət göstərən "Azər-toxum" MMC-də olmuş və oradan toxum nümunələri gətiriləcək ərazi icra nümayəndələri vasitəsi ilə toxum materialının alınması barədə mülkiyyyətçilərə məlumatlar verilib.

Həmçinin Kənd Təsərüffatı Nazirliyinin Aqrar Elm Mərkəzi tərəfindən ayrı-ayrı toxumçuluq təsərrüfatlardan 40 ton elit toxumları gətirilib və əkilələcək.

Eyni zamanda, baş nazirinin müşaviri Musa Məmmədov və kənd təsərrüfatı nazirinin müavini Aslan Aslanov Cəlilabad rayonunda olublar. Rayon fermer və sahibkarlarla görüşərək onların problemləri ilə yaxından tanış olaarq onlara lazımi tövsiyyələr veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə