İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində "Azərgöktel" MMC-yə məxsus istehsalat sahəsində aparılan yoxlama zamanı müəssisədə istehsal edilmiş naqillərin "Siemens" və Türkiyə istehsalı olan "Alkan Kablo" adı ilə markalandığı və bununla da istehlakçıları çaşdırmaqla haqsız rəqabətə yol verildiyi, eləcə də elektrik kabel və naqillərinin uyğunluq sertifikatının olmadığı müəyyən edilib.
Nazirlikdən SİA-ya verilən məlumata görə, yoxlama zamanı həmçinin, etiketlənməsi normativ sənədlərin tələblərinə uyğun olmayan 92,4 min metr elektrik naqilləri və məhsulların qablaşdırılmasında istifadə edilən 191,3 kq saxta bükmə materialı aşkar olunub.
Yol verilmiş qanun pozuntuları ilə əlaqədar kabel və naqillərin istehsalı və satışının dayandırılması, naqillərin qablaşdırılmasında istifadə edilən 191,3 kq saxta bükmə materiallarının məhv edilməsi barədə "Azərgöktel" MMC-yə icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti haqsız rəqabət hallarının qarşısının alınması məqsədilə araşdırmalarını davam etdirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB