Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti ilə Hindistanın Pəncab ştatının nümayəndə heyəti arasında görüş keçirilib
Bu gün Kənd Təsərrüfatı Nazirliyində Azərbaycan nümayəndə heyəti ilə Hindistanın Pəncab ştatının Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyəti arasında görüş keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Pəncab ştatının kənd təsərrüfatı naziri, Pəncab Aqro Sənaye Korporasiyası MMC-nin sədri, Kənd T əsərrüfatı Nazirliyinin Departament rəhbəri, Nazirliyin elm və texnologiya məsələləri üzrə katibi ilə yanaşı qabaqcıl fermerlər və aqrar sahibkarlar iştirak ediblər.
Tədbirin açılışını kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev edib. Nazir müavini qonaqları salamlayıb və iki ölkənin tarixi əməkdaşlığından söz açıb.
Daha sonra Bəhram Əliyev Azərbaycanın kənd təsərrüfartı sahəsindəki problemlərindən və əldə olunan uğurlar barədə qonaqlara məlumatlar verib. O iki dövlətin bu sahədə bir çox işlərə imza ata bilmək imkanlarının genişliyini qeyd edib.
Bəhram Əliyevdən sonra Pancab ştatının kənd təsərrüfatı naziri Suça Singh Lanqah çıxış edib. Qonaq ilk növbədə Pəncab ştatı haqqında tədbir iştirakçılarını bilgiləndirib. O bildirib ki, Pəncab ştatı Azərbaycanın yarısı qədər də olsa, bütün Hindistanın ərzaq təminatını qarşılamaq imkanına sahibdir. Qonaq bildirib ki, səfərlərinin əsas məqsədi Azərbaycan ilə əməkdaşlıq çərçivəsində imkanları gözdən keçirməkdir.
Daha sonra Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Çingiz Fərəcov çıxış edib. O Pəncab ştatının nümayəndə heyətinə müraciət edərək onlarda olan "Nürrat" camış cinsi toxumlarını hümanitar qaydada Azərbaycana vermələrini xaiş edib. Bu sayədə sud emalının artımı nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB