Bu gün 4G şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir

Bu gün 4G şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir

"Bu gün 4G məşhur olsa da, 3G xidmətindən istifadə səviyyəsi çoxdur. Buna görə, biz 3G üzərində təkmilləşdirmə işləri aparırıq". SİA-nın məlumatına görə, bunu "Nar" şirkətinin baş icraçı direktoru Qunnar Panke bildirib.

Baza stansiyalarının sayının artırılması və təkmilləşdirmə işlərinə gəlincə, Q.Pankenin sözlərinə görə, bu ilin əvvəlindən baza stansiyalarının sayı 2200-dən 2500-ə qədər artırılıb: "Bu isə təxminən 14% artım deməkdir. 3G baza stansiyalarının sayının artırılması ilə yanaşı, bu stansiyaları təkmilləşdirilməsini də düşünürük. Bu da abunəçilərimizə daha keyfiyyətli internetdən istifadəyə imkan yaradır. Bundan başqa, 4G-də də bu il təkmilləşdirmə işləri aparılıb. Bu gün 4G şəbəkəsi Bakı və Abşeron yarımadasını əhatə edir. Əlavə olaraq, Gəncəni də 4G şəbəkəsi ilə təmin etdik. Beləliklə, 4G baza stansiyalarının sayı 1000-ə çatdırılıb".

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə