SOCAR Gürcüstanda 50-ci yanacaqdoldurma stansiyasını açıb

SOCAR Gürcüstanda 50-ci yanacaqdoldurma stansiyasını açıb

Oktyabrın 13-də SOCAR Gürcüstanda sayca 50-ci yanacaqdoldurma stansiyasını açıb. SİA-nın məlumatına görə, növbəti stansiya ölkənin Kaxeti bölgəsinin Kvareli rayonunda istifadəyə verilib.

Açılış mərasimində SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov, "SOCAR Georgia petroelum"un direktoru David Zubitaşvili və başqaları iştirak ediblər.

M.Məmmədov deyib ki, Gürcüstanda yanacaqdoldurma stansiyalarının sayı ilin sonunadək 62-yə çatdırılacaqdır. Gürcüstanın yanacaq bazarında Azərbaycanın payı durmadan artır, yanacağın keyfiyyətinə gəlincə isə, keçirilmiş monitorinqlər zamanı SOCAR daim qalib çıxmış, istehlakçılardan da həmişə razılıq eşitmişik. M.Məmmədov qeyd edib ki, Prezident İlham Əliyevin, digər ölkələrdə olduğu kimi, qonşu Gürcüstanda da Azərbaycan investisiyasının yatırımının artırılmasına dair göstərişlərinin uğurla yerinə yetirilməsi istiqamətində bundan sonra da səylərimizi gücləndirəcəyik.

M.Məmmədov yanacaqdoldurma stansiyalarının müasir tələblərə uyğun inşa olunduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə