Azərbaycan və İran kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir

Azərbaycan və İran kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir

"Azərbaycan və İran kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edir". SİA-nın məlumatına görə, bunu İranın rabitə və informasiya naziri Əhməd Cavad bildirib.

"Azərbaycanla İran arasında dərin bağlar və əlaqələr mövcuddur. Ən böyük əməkdaşlığımız Azərbaycanla İran arasında mövcud olan data tranziti ilə bağlıdır. Kibertəhlükəsizlik sahəsində əməkdaşlığımız mövcuddur. Poçt və "Elektron hökumət" sahəsində yeni əməkdaşlığa başlayırıq. Bundan başqa, iki ölkənin poçt operatoru arasında müqavilə imzalanıb. Poçt operatorlarımız artıq tranzitlərə başlayıblar. İki ölkə arasında qurulan dəmir yolu əlaqələri ölkələr arasında əməkdaşlığı möhkəmləndirəcək. Digər bir sıra məsələlərdə də Azərbaycanla əlaqələri genişləndirməkdə maraqlıyıq. Azərbaycana səhiyyə sahəsində müasir texnologiyalara əsaslanan keyfiyyətli və ucuz məhsullar vermək istəyirik", - deyə İranın rabitə və informasiya naziri bildirib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə