Rəsmi məzənnələr açıqlandı

Dekabrın 5-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi dekabrın 4-ü ilə müqayisədə dəyişməyərək 1,7001 manat olub. Avro/manat məzənnəsi 2.0180 manata düşüb. Rubl/manat məzənnəsi isə 0,0290 manata qalxıb.

Dekabrın 4-də rəsmi olaraq 1 dollar 1,7001 manata, 1 avro 2.0181 manata, 1 rubl 0,0289 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə