Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin noyabr ayı ərzində 208,9 milyon ABŞ dolları məbləğində vəsait satılıb. Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2017-ci ilin oktyabr ayı ərzində 318,7 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı. Beləliklə, aylıq müqayisədə dollar satışı 109,8 milyon dollar və ya 34,4% azalıb.
Neft Fondu tərəfindən 2017-ci ilin sentyabr ayı ərzində 252,2 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Ümumilikdə, yanvar-noyabr ayları ərzində ARDNF valyuta hərraclarında 3 milyard 13,32 milyon dollar satıb.
Qeyd edək ki, 2016-cı ildə ARDNF tərəfindən valyuta hərraclarında 4,9 milyard dollar satılıb ki, bu da 2015-ci illə müqayisədə 37,5% azdır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB