“Azərikimya” İB texnoloji qurğu və xətlərdə yeni ingibitorların tətbiqinə başlayıb

“Azərikimya” İB texnoloji qurğu və xətlərdə yeni ingibitorların tətbiqinə başlayıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azərikimya" İstehsalat Birliyində kimya sənayesinin perspektiv inkişafı ilə bağlı hazırlanan ilkin layihələrə əsasən Etilen-polietilen zavodunun "EP-300" istehsalat sahəsində yeniləşmə və təkmilləşdirmə işləri davam etdirilməkdədir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu günlərdə istehsalatın piroliz və etan sobalarında, kalonlarda, piroqaz kompressorlarında və dövri su sistemində müasir ingibitorların tətbiqinə başlanılıb. Yeni tip ingibitorların tətbiqi istehsalatın modernləşməsi prosesində daha səmərəli texnoloji metodlardan istifadə edilməsi, həmçinin texnoloji qurğu və xətlərdə polimerləşmə və kokslaşma nəticəsində tutulmalar əmələ gəlməsinin qarşısının alınması zərurətindən irəli gəlir.

Məhz bu məqsədlə "EP-300" istehsalatında tətbiqinə başlanılan yeni ingibitorlar Türkiyənin "Petkim" Şirkətinin dəstəyi ilə əldə edilib və müvafiq sahələr üzrə texnoloji qurğu və xətlərə yönəldilib. Beləliklə həm texnoloji xətlərdə -xammal və yarımfabrikat məhsulların nəql olunduğu boru kəmərlərində, istidəyişdirici borularda, həmçinin dövri su sistemindəki aparatlarda əvvəllər istehsal prosesində fasilələr yaranmasına səbəb olan, müəssisə üçün ciddi problemlər və çətinliklər yaradan tutulmaların aradan qaldırılması istiqamətində mühüm addım atılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə