Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu arasında görüş keçirilib
Bu gün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunda Almaniya Pensiya Sığortası İdarəsi ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafıə Fondu (DSMF) arasında görüş keçirilib. SİA-nın məlumatına görə, DSMF-nin konfrans zalında baş tutan görüş "Pensiyaların orta və uzunmüddətli maliyyələşməsi" mövzusuna həsr olunub. İki gün davam edəcək tədbirdə Almaniya nümayəndə heyəti öz ölkələrinin təcrübəsini bölüşəcək və mövzu ətrafında geniş müzakirələr aparılacaq. Qeyd edək ki, görüşdə Avropada ən nüfuzlu pensiya orqanlarından biri olan Almaniya Pensiya Sığortası İdarəsi ilə DSMF arasında əməkdaşlığın gələcək istiqamətləri və başqa digər məsələlər müzakirə olunub. Almaniya nümayəndə heyəti artıq Azərbaycanın sığorta-pensiya sisteminin beynəlxalq model olaraq çıxış etdiyini və fondun beynəlxalq sosial təminat aləmində nüfuzlu bir quruma çevrildiyini vurğulayıb. Görüşdə nümayəndə heyətinin üzvləri Almaniya Pensiya Sığortası İdarəsinin DSMF ilə əməkdaşlığa yüksək dəyər verdiyini və əlaqələrin daha da inkişaf etməsində maraqlı olduqlarını da bildiriblər.
Onu da qeyd edək ki, oktyabrin 15-nə kimi Azərbaycanda olacaq Almaniya Pensiya Sığortası İdarəsinin nümayəndə heyəti səfər çərşivəsində DSMF-nin bir sıra yerli şöbələrinə baş çəkərək, burada yaradılan şəraitlə tanış olacaqlar.
Onu da qeyd edək ki, oktyabrin 15-nə kimi Azərbaycanda olacaq Almaniya Pensiya Sığortası İdarəsinin nümayəndə heyəti səfər çərşivəsində DSMF-nin bir sıra yerli şöbələrinə baş çəkərək, burada yaradılan şəraitlə tanış olacaqlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB