Milli Məclis "2018-ci il dövlət büdcəsi haqqında" qanun layihəsini təsdiqləyib. SİA-nın xəbərinə görə, büdcənin gəlirləri ilkin proqnozla müqayisədə dəyişdirilməyərək 20,127 milyard manat, xərcləri isə ilkin proqnozla müqayisədə 141,3 milyon artırılaraq 21, 047 milyard manat məbləğində təsdiq olunub.
Son nəticədə büdcə kəsri ilkin proqnozla müqayisədə 142 milyon manat artırılıq 920 milyon manata çatdırılıb. Bu, ölkə üzrə ümumi daxili məhsulun 1,3%-i qədər olacaq.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB