"Neftin aşağı qiymətinə baxmayaraq TANAP-ın maliyyələşdirilməsinə vəsaitin cəlbi çətin olmayıb"
Neftin aşağı qiymətinə baxmayaraq Trans-Anadolu təbii qaz boru kəməri (TANAP) kimi layihələrin maliyyələşdirilməsinə vəsaitin cəlb edilməsi çətin olmayıb. AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) iqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin aparıcı elmi işçisi Gülmirə Rzayeva deyib.
O, tələbat azalsa da neftin dünyada ən azı 30 il daha istifadə ediləcəyini qeyd edib. Bu baxımdan ölkələrin seçimlərinin mühüm əhəmiyyət kəsb etdiyini bildirən G.Rzayeva deyib: “Xəzər dənizindəki ən böyük neft-qaz yataqları bloku olan “Azəri-Çıraq-Günəşli” üzrə etibarlı olan mövcud kontraktın müddəti 2050-ə qədər uzadılıb və buraya 40 milyard dollaradək sərmayə qoyulacaq”.
SAM-ın nümayəndəsi bildirib ki, təbii qazda isə vəziyyət bir qədər fərqlənir və Azərbaycan təbii qazda milyardlarla dollarlıq layihələr reallaşdırır. Neftin aşağı qiymətinə baxmayaraq TANAP kimi layihələrin maliyyələşdirilməsinə vəsaitin cəlb edilməsinin çətin olmadığını ifadə edən G.Rzayeva deyib: “Bir çox beynəlxalq maliyyə təşkilatları və banklar layihəyə uzunmüddətli kredit ayırmağı qəbul edib. Layihə hətta planlaşdırılan tarixdən daha əvvəl tamamlanacaq şəkildə sürətlə irəliləyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB