Mərkəzi Bankın təşkilatçılığı ilə Lüksemburqun Maliyyə Texnologiyalarının Ötürülməsi Agentliyinin (ATTF) ekspertləri Mərkəzi Bankda seminarlar keçirib. Bankdan SİA-ya verilən məlumata görə, ATTF-in eksperti Stefano Bragoli tərəfindən "Bazel II" mövzusunda keçirilən seminarda iştirakçılara Basel II Kapital Sazişinin tələblərinə əsaslanaraq bankın məcmu kapitalının hesablanmasındakı təkamülün mühüm aspektləri barəsində məlumat verilib.
İştirakçılar həmçinin banklarda risklərin idarə edilməsi ilə məşğul olan bölmələrdə bir qayda olaraq qarşıya çıxan məsələlərin həllində istifadə olunan kredit risklərini ölçən mühüm nəzəri əsaslar və praktik üsüllarla da tanış olublar.
Seminarda ekspert nəzəri təqdimatlarla yanaşı fəal fikir mübadiləsi təşkil etmiş, xüsusilə maliyyə risklərinə dair problemlərin həlli yolları araşdırılmış, praktik tapşırıqlar işlənib. Bir neçə mühüm riyazi və statistik konsepsiyalardan da bəhs edilib. İştirakçılar risklərin ölçülməsinə dair başlıca nəzəri əsaslar ətrafında müzakirələrə də həvəslə qoşulublar.
Mərkəzi Bankın təşkilatçılığı ilə keçirilən digər seminar isə ATTF-in eksperti Jerar de Bok tərəfindən "Kommunikasiya bacarıqları" mövzusuna həsr edilib.
Seminarda ekspert iştirakçıları təşkilatlarda kommunikasiya prosesinin müxtəlif aspektləri və nəticələrinə dair real praktiki misallarla əsaslandırılmış məlumatla təchiz etmiş, iştirakçılara öz aralarında və mühazirəçi ilə fikir mübadiləsi aparmağa imkan yaradıb.
Seminar iştirakçıları interaktiv çalışmaları da həvəslə yerinə yetiriblər.
Seminarda Mərkəzi Bankın müxtəlif departamentlərinin əməkdaşları ilə yanaşı internaları da iştirak edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB