ARDNŞ sentyabr ayında dövlət büdcəsinə 140 milyon 806 min manat vəsait ödəyib

ARDNŞ sentyabr ayında dövlət büdcəsinə 140 milyon 806 min manat vəsait ödəyib
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) cari ilin sentyabr ayında dövlət büdcəsinə 140 milyon 806 min manat vəsait ödəyib. SİA-nın məlumatına görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 20,3 faiz və ya 23 milyon 773 min manat çoxdur.

Beləliklə, 2010-cu ilin yanvar-sentyabr aylarında büdcəyə 847 milyon 982 min manat ödənib. Bu göstərici ötən ilin müvafiq dövrünə nisbətən 136 milyon 244 min manat və ya 19,1% çox olub.

Bundan başqa, cari ilin sentyabr ayında ARDNŞ Dövlət Sosial Müdafiə Fonduna 12 milyon 308 min manat vəsait köçürüb. Ümumiyyətlə, cari ilin yanvar-sentyabr aylarında şirkət tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ödəniş 97 milyon 494 min manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 11 milyon 773 min manat (13,7%) çox olub.

Bütün xəbərlər Facebook səhifəmizdə