İqtisadi Tədqiqatlar Mərkəzi Counterpart Interantional tərəfindən icra edilən ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən "Vətəndaş cəmiyyətinin gücləndirilməsi layihəsi"nin və Milli Büdcə Qrupunun təşkilati dəstəyi ilə "Dövlət büdcə xərcləmələrinin makroiqtisadi tarazlıq perspektivindən sosial sahəyə təsirinin qiymətləndirilməsi" layihəsini başa çatdırıb.
SIA-nın xəbərinə görə, layihənin nəticələri oktyabrın 12-də təşkil olunmuş konfransda ictimaiyyətə açıqlanıb. Konfransda dövlət orqanlarının, Milli Məclisin, ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatların və xarici ölkə səfirliklərinin nümayəndələri, QHT və KİV təmsilçiləri, yerli mütəxəssislərin iştirak ediblər. Konfransda çıxış edən İTM İdarə Heyətinin üzvü Dünya Camalova Mərkəzin sosial-iqtisadi sahədə tədqiqatları müntəzəm olaraq apardığını bildirib: "Bu, bizim "Dayanıqlı istisadi inkişafa və yaxşı idarəetməyə yardım" missiyasmızdan irəli gələn bir fəaliyyətdir. Mərkəzimizin bu istiqamətdə ən son tədqiqatları qlobal maliyyə böhranının milli biznesə təsirlərinin öyrənilməsi, "Güzgü statistikası" metodu ilə xarici ticarət statistikasının dürüstləşdirilməsinə yardım olub. Yekunlaşdırdığımız bu layihə çərçivəsində qlobal maliyyə böhranının Azərbaycanda əmək bazarına, ünvanlı sosial yardım proqramlarının səmərəliliyinə, pensiya sisteminə və digər sahələrə sosial təsirlərinin qiymətləndirilməsi istiqamətində araşdırmalar aparılıb, tədqiqat hesabatları hazırlanaraq təqdimatlar həyata keçirilib. Tədqiqatlarda maliyyə böhranı dövründə Azərbaycanda hökumətin apardığı sosial-iqtisadi siyasət təhlil olunub, mümkün ssenarilər və perspektivlər göstərilib, habelə yeni modellər və ekonometrik üsullarla bu siyasətin gücləndirilməsi üzrə təkliflər hazırlanıb".
Konfransda İTM İdarə Heyətinin üzvü, layihə eksperti Qalib Toğrul layihə çərçivəsində görülən işlər barədə məlumatlardan ibarət təqdimatla çıxış edib. Bildirib ki, layihənin ekspert qrupu tərəfindən aparılan tədqiqatlar nəticəsindən bir sıra tapıntılar üzə çıxarılıb: "Bunlardan birincisi budur ki, sosial sığorta ayırmalarının yüksək olması vergidən yayınma riskini yüksəldir, Dövlət Sosial Müdafiə Fondunun büdcədən asılılığı və dövlət büdcəsinin yükü ildən-ilə daha da artır. Eyni zamanda Ünvanlı Sosial Dövlət Yardımı sistemində korrupsiyanın mövcudluğu şəraitində ünvanlılıq pozulur, ardıcıl olaraq 4-5 dəfə ÜSY-dən istifadə aztəminatlı ailələrdə ələbaxımlılığı artırır, passiv müdafiə tədbirləri isə səmərə vermir. Araşdırmalar göstərdi ki, qlobal maliyyə böhranı Azərbaycanda məşğulluq sferasında ən çox təhsil səviyyəsi yüksək olan orta yaş kateqoriyalı kişi və qadınlara təsir edib. Qeyri-neft büdcə gəlirlərinin artımı sosial gərginliyi yüksəldib. "Oxşar ölkələrin" rəqabətqabiliyyətliliyinin müqayisəsi göstərib ki, Azərbaycanda kənd təsərrüfatı, hasilat sənayesı və emal sənayesi rəqabətqabiliyyətlidir."
Q.Toğrul tədqiqatların yekunu olaraq İTM ekspert qrupunun ayrı-ayrı istiqamətlər üzrə irəli sürdüyü təklif və tövsiyələri də iştirakçıların diqqətinə çatdırıb. Bunlar aşağıdakılardır:
Pensiya islahatları ilə bağlı:
- Ləngimədən qeyri-dövlət pensiya islahatlarına başlanılmalıdır;
- Sosial vergilərlə yanaşı, vətndaşlara könüllü pul vəsaitlərini səxsi hesablara yatırmaq imkanı verilməlidir;
- Əmək haqqı fondundan ödənilən sosial ayırmalar 25%-dən 18%-ə endirilməli və bu vergi işəgötürənlə işçi arasında 50/50-yə bölünməlidir;
- Yaxın 10-15 il ərzində pensiya yaşının artırılması prioriteti istisna olunmalıdır.
Ünvanlı dövlət sosial yardımı ilı bağlı:
- Ünvanlı dövlət sosial yardımının səmərəlilyinin aşağı olmasını, yoxsulların passiv sosial müdafiədən aktiv sosila müdafiəyə keçidinin zərurilini nəzərə alaraq Dövlət Reabilitasiya Proqramının – Özünütəminat mexanizminn yaradılması təklif olunur. Özünütəminatın V mərhələ üzrə aparılması tövsiyə olunur.
Dövlət büdcəsinin icrasının sosial rifaha təsiri ilə bağlı:
- Dövlət büdcəsinin formalaşması zamanı planlaşdırma-proqramlaşdırma-büdcə zənciri üzrə (Planning-Proqramming-Budgeting, PPB) maliyyə proqramlaşdırılmasının daha uyğun modelinə keçid təmin olunmalıdır;
- Dövlət büdcəsinin proqramlaşdırılması makroiqtisadi sabitlik, davamlı inkişaf və sosial rifah prinsiplərinə uyğun həyata keçirilməlidir;
- Dövlət büdcəsinin icrasının sosial rifaha təsiri ssenarilərlə proqnozlaşdırılmalıdır.
Qlobal maliyyə böhranının Azərbaycanın əmək bazarına təsirlərinin ölçülməsi ilə bağlı:
- Əmək bazarı ilə bağlı tədqiqatların səmərəliliyi üçün onun statistika bazası təmin edilsin;
- İşçilərlə işəgötürənlər arasında sosial dialoq imkanları genişləndirilsin ;
- İşsiz statuslu insanların müavinətdən istifadə imkanları artırılsın.
Təqdimatdan sonra iştirakçıların sualları cavablandırılıb, rəyləri dinlənilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB