Azərbaycanda dəmir yollarının inkişafı ilə bağlı beynəlxalq biznes-forum keçirilib
Bu gün "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin 130 illik yubuleyi fonunda "Strateji Tərəfdaşlıq 1520: Qafqaz regionu" biznes-forumu keçirilib.
SİA-nın məlumatına görə, tədbirdə Azərbaycan Respublikasının Baş nazirinin müavini Abid Şərifov, nəqliyyat naziri Ziiya Məmmədov, Rusiya Federasiyasının nəqliyyat nazirinin müavini Andrey Nedasekov, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Rusiya Dəmir Yolları ASC-nin vitse-prezidenti Vadim Morozov, Litva Respublikasının nəqliyyat naziri Eliqiyus Masyulis, Qazaxıstan Dəmir Yolları SC-nin prezidenti Əsgər Mamin və Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Tadeuş Şozda iştirak ediblər.
Biznes-formun açılışını Baş nazirin müavini Abid Şərifov edərək tədbir iştirakçılarını salamlayıb. O bildirib ki, bu kimi tədbirlər ümumi maraqları əks etdirdiyi kimi, Azərbaycanın da mənafeyini əks etdirir: "Azərbaycan Respublikası şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında sazişə 2005-ci ildən qoşulub. Bu dəhliz sayəsində daşımalara daha az vaxt sərf olunacaq. Dəhliz Avropa və Asiya ölkələri arasında beynəlxalq yük daşınmalarını birbaşa təmin edəcək. O cümlədən, sərnişinlərin Avropa və Asiya məkanına çıxışını təmin edəcək".
Daha sonra nəqliyyat naziri Ziya Məmmədov çıxış edib. Nazir öz növbəsində forum iştirakçılarını salamladıqdan sonra Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin 130 illiyi münasibəti ilə təbrik edib. Nazir təşkil olunan forumun vacibliyindən danışaraq iştirakçı dövlətlərin göstərdikləri səylərdən söhbət açıb: "Bu dəhliz iştirakçı dövlətlərə yük və sərnişin daşınmalarında geniş imkanlar yaradacaq. Bu dəhlizin sayəsində il ərzində 12 min ton yükdaşıma nəzərdə tutulur".
Nazir onu da qeyd etdi ki, hazıra nəqliyyat sahəsində restrukturizasiya, infrastrukturun inkişafı üzrə kompleks işlər görülür. Daha sonra formda " Rusiya Dəmir Yolları ASC-nin vitse-prezidenti Vadim Morozov, "Azərbaycan Demir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Litva Respublikasının nəqliyyat naziri Eliqiyus Masyulis, Qazaxıstan Dəmir Yolları" SC-nin prezidenti Əsgər Mamin və Dəmir Yolları Əməkdaşlıq Təşkilatının sədri Tadeuş Şozda öz növbələrində çıxışlar ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB