Kapital axını ikiqat artıb

Cari ilin noyabrın 22-də başa çatan həftə ərzində investorlar Rusiya aktivlərinə oriyentasiya olunan fondlardan təxminən 71,3 mln. dollar çıxarıb.

Bu barədə "Emerging Portfolio Fund Research" (EPFR) təşkilatının məlumatlarında bildirilir.

Məlumata əsasən, 1 həftə öncə bu rəqəm 39 mln. dollar təşkil edib. Beləliklə, kapital axını 1,8 artıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə