Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müsabiqə elan edir
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi 6 dekabr - rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramına həsr olunan, eləcə də informasiya cəmiyyətinin inkişaf etdirilməsi məqsədilə aşağıda qeyd olunan nominasiyalar üzrə müsabiqə elan edir:
İKT üzrə ən yaxşı aktual məqalə
İKT üzrə ən yaxşı elmi məqalə
İKT üzrə ən yaxşı kitab
Ən yaxşı elektron xidmət

Nazirlikdən SİA-ya verilən məlumata görə, müsabiqədə iştirak etmək üçün www.aztelekom.org/iktmusabiqe saytında qeydiyyatdan keçmək zəruridir. Qeydiyyatdan keçən nominatlar nominasiyalar üzrə işlərini yuxarıda qeyd olunan sayt vasitəsi ilə təqdim edir. Eyni zamanda, işlər kağız formatında münsiflər heyətinə (Z.Əliyeva küç., 33 Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin İnformasiya cəmiyyətinin inkişafı şöbəsinə) təqdim olunur.

Qaliblərin müəyyən edilməsi 2 mərhələdən ibarət səsvermə yolu ilə həyata keçiriləcək.
I mərhələdə səsvermə www.aztelekom.org/iktmusabiqe saytında online yolu ilə həyata keçiriləcək.
II mərhələdə nominantlar arasından qaliblər münsiflər heyəti tərəfindən (online səsvermənin nəticələri nəzərə alınmaqla) müəyyən edilir.
İşlərin təqdimi 11.10.2010-cu il tarixindən 15.11.2010-cu il tarixinə kimi aparılacaq. I mərhələ üzrə online səsvermə 16.11.2010-cu il tarixindən 28.11.2010-cu il tarixinə kimi davam edəcək.Nominasiyalar üzrə qaliblər 30.11.2010-cu il tarixində müəyyən olunacaq. Qaliblər qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Əlavə məlumat üçün telefon nömrəsi – 598-19-88.

Müsabiqənin gedişi haqqında ətraflı məlumatla www.aztelekom.org/iktmusabiqe saytında tanış ola bilərsiniz.

Bütün xəbərlər Facebook səhifəmizdə