Gələn ilin büdcəsində müdafiə xərcləri cari illə müqayisədə 9.1 faiz artacaq

Gələn ilin büdcəsində müdafiə xərcləri cari illə müqayisədə 9.1 faiz artacaq
"2011-ci il dövlət büdcəsi haqqında"qanun layihəsində ölkə əhalisinin rifahının yaxşılaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində 500 milyon manatadək məbləğ nəzərdə tutulub. SİA-nın məlumatına görə, layihədə elm, təhsil, səhiyyə, gənclər, bədən tərbiyəsi və digər sahələr üçün 3 milyon 518 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 7.5 faiz çoxdur. Layihədə ayrı-ayrı uşaq, qadın hüquqları, gender siyasəti həyata keçirilməsi istiqamətində və digər bu kimi məsələlərin həlli üçün 2 milyon manat vəsait planlaşdırılıb ki, bu da cari illə müqayisədə 18.48 faiz çoxdur.

Büdcədə layihəsində məqsədli dövlət tədbirlərin və proqramların maliyyə təminatı üçün 320 milyon, ombudsmana 1.4 milyon vəsait ayrılıb. Gələn ilı üçün qaçqın və məcburi köçkünlər üçün büdcədən 196.3 milyon vəsait nəzərdə tutulub. Dövlət müdafiə sahəsinə, sosial layihələrin həyata keçirilməsi üçün planlaşdırılan layihələrin həyata keçirilməsi ilə birgə müdafiə xərcləri 2011-ci ilin büdcəsində 18.9 faiz həcmində və ya bu illə müqayisədə 9.1 faiz çox maliyyə ayrılması nəzərdə tutulub.
Məhkəmə sistemləri, hakim korpuslarının yeniləşdirilməsi üçün büdcədə 43 milyon nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 3.8 faiz artıb.

Bütün xəbərlər Facebook səhifəmizdə