Azərbaycan və Meksika arasında informasiya-kommunikasiya texnologiyaları üzrə Hökumətlərarası Əməkdaşlıq sazişin imzalanacaq
Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti bu gün Meksikada səfərdə olacaq. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, səfərin məqsədi bu günlərdə Qvadalaxarada keçirilən Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli Konfransında iştirak etməkdir.
Səfər çərçivəsində Azərbaycan və Meksika arasında informasiya-kommunikasiya texnologiyaları üzrə Hökumətlərarası Əməkdaşlıq sazişin imzalanması da nəzərdə tutulub.
Beynəlxalq Telekommunikasiya İttifaqının ali orqanı olan Səlahiyyətli Konfrans dörd ildən bir çağırılır və mühüm əhəmiyyət kəsb edən bir tədbir hesab olunur. Burada BTİ-nin üzv-dövlətləri təşkilatın gələcək fəaliyyətinə dair qərarlar qəbul edir və bununla da İttifaqın dünya üzrə informasiya-kommunikasiya texnologiyalarının inkişafına təsir etmək imkanı müəyyən edilir. Həmçinin Səlahiyyətli Konfransda BTİ-nin Şurasına üzvlər seçiləcək. Azərbaycan da Şuraya üzv qəbul olunmaq üçüm öz namizədliyini irəli sürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB