SOCAR Karbamid zavodundan nə qədər gəlir əldə edəcək? TƏDBİR
"SOCAR Karbamid zavodunun ixrac etdiyi məhsullardan ildə 150 milyon dollar gəlir əldə edəcək". SİA xəbər verir ki, bunu bu gün Bakıda Azərbaycanda Amerika Ticarət Palatası ("AmCham") üzvlərinin SOCAR və BP-nin yüksək vəzifəli rəsmilərinin fəaliyyətini səciyyələndirən Azərbaycanın neft strategiyasına həsr olunan işgüzar naharda SOCAR prezidenti Rövnəq Abdullayev deyib.
Onun sözlərinə görə, 2011-ci ildə təməli qoyulan SOCAR Karbamid zavodunda tikinti işlərinin 2017-ci ilin sonunda yekunlaşması və zavodun 2018-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılır.
"Ümumi investisiya dəyəri 750 milyon avro olacaq zavoda istehsal ediləcək məhsulların daxili bazarın təminatı ilə yanaşı, Türkiyə, Gürcüstan, Aralıq dənizi ölkələrinə ixrac etməyi nəzərdə tuturuq", - deyə R. Abdullayev vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB