Şopinq festivalı iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır- Misirli qubernator
Bu günlərdə Bakıda səfərdə olmuş Misirin turizm şəhəri - Şarm əş-Şeyx şəhərinin yerləşdiyi Cənubi Sinay regionunun qubernatoru Xalid Fuda İkinci Bakı Şopinq Festivalının təşkilini yüksək qiymətləndirib.
SİA-nıın məlumatına görə, festivalın saytına açıqlama verən Xalid Fuda qeyd edib ki, festival turizmin, ticarətin və iqtisadiyyatın inkişaf etdirilməsi baxımından çox yaxşı ideyadır: "Biz də “ASAN xidmət” modeli ilə yanaşı, bu festivalın təcrübəsindən də istifadə edə bilərik. Çox sevinirik ki, Bakıya səfərimiz festivalın müddətinə təsadüf edib”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB