Çində dünyanın 2 min tonluq ilk elektrik gəmisi suya buraxılıb

Çində dünyanın 2 min tonluq ilk elektrik gəmisi suya buraxılıb

Çinin Quancou şəhərində dünyanın 2 min tonluq ilk tam elektrik gəmisi suya buraxılıb. Çin KİV-lərinin məlumatına görə, Quancou gəmiqayırma zavodunda inşa edilmiş gəmi 2 saat enerji yığmaqla 80 kilometr məsafə qət edə bilir. Uzunluğu 70,5 metr, eni 13,9 metr olan gəminin enerji batareyalarının tutumu 2400 kilovat/saatdır.

Zavodun mütəxəssisləri gələcəkdə daha da təkmilləşdirilmiş modellər inşa etməyi planlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə