Neftin qiymətində ciddi artım gözlənilmir AÇIQLAMA

Neftin qiymətində ciddi artım gözlənilmir AÇIQLAMA

Gözlənildiyi kimi, neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə edilməyib başlayıb. Brent markalı neftin hər bareli son 2 gün 3 faizə yaxın ucuzlaşaraq 61.3 dollaradək azalıb. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, qiymət azalmalarının əsas səbəbi ABŞ-da neft quyularının sayının artması və eləcə də Beynəlxalq Enerji Akademiyasının gələn il üçün neftə olan illik tələb proqnozunu gündəlik 190 min barel azaltması ilə bağlı açıqlamasının olmasıdır: “Eyni zamanda, Liviya və Nigeriyada oktyabr ayından neft hasilatının əvvəlki səviyyəsi bərpa olunmaqdadır və İraq neft nəqlini tam bərpa etməyə çalışır. Bununla yanaşı, Meksika da hasilatın artırılması üçün platformalarda yenidənqurma işlərini tamamlayıb.

Neftin dünya bazar qiymətindəki son dəyişikliklər göstərir ki, yaxın illər üçün enerji bazarında mövcud şərtlər daxilində ciddi artımla qiymət artımları gözləmək sadəlövhlük olardı. Digər tərəfdən, Çin şist neft hasilatına 90 milyard dollar sərmayə yönəltmək niyyətindədir. Bu isə qlobal bazarda yeni və daha aşağı qiymət tarazlığına gətirib çıxara bilər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə