"Ermənilərin bu uydurmasına heç kəs inan deyil" AÇIQLAMA

"Ermənilərin bu uydurmasına heç kəs inan deyil" AÇIQLAMA

Bakı-Tbilisi-Qars layihəsi bir çox ölkələrin reallaşdıra bilmədiyi, bir layihədir ki, Azərbaycanın lokomotivliyi ilə icra olunur. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, bu qələbə və uğur erməninin məğlubiyyətidir: “BTQ 17 milyon ton yük və 3 milyon turistin daşınmasına hesablanan bir layihədir. Bu hesablamalar reallaşandan sonra ölkəmizə nə qədər iqtisadi səmərə verəcəyini hesablamaq çətin deyil. BTQ-nin verəcəyi iqtisadi səmərəni isə Ermənistan lap yaxşı hesablayıb və yüklərini BTQ ilə daşınmasına qoşulmağına can atırdı. Ölkə başçımız İlham Əliyev bəyan edib ki, bizim iştirak etdiyimiz beynəlxalq layihələrdə ermənilər iştirak edə bilməz. Vəziyyətin ciddiliyini görən Ermənistan BTQ-nin rentabelli olmadığı haqqında cəfəngiyyat uydurmağa başlayıb və bu hal isə məlum məsələdir. Çünki Ermənistan BTQ-yə qoşula bilməməklə yanaşı, həm də bu layihə Ermənistanın iqtisadi blokadasını gücləndirir. Aropa il Asiya arasındakı yük mübadiləsi BTQ-nin üzərindən keçməsindən narahat olan ermənilər əks təbliğat aparmaqla məşğuldur bir sıra ölkələri bu dəhlizlə yük göndərməkdən yayındırmağa çalışır. Hər bir ölkə öz iqtisadi səmərəsini müstəqil hesablaya bilir və ona görə də ermənilərin bu uydurmasına heç kəs inan deyil”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə