ARDNŞ Ukraynada 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

ARDNŞ Ukraynada 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) 2011-ci ilin sonunadək Ukraynada "SOCAR" brendi altında 30 yanacaqdoldurma məntəqəsi açmağı planlaşdırır. SİA-nın məlumatına görə, Ukrayna KİV-lərinin yaydığı xəbərdə bildirilir ki, bunu şirkətin bu ölkədəki nümayəndəliyinin rəhbəri Elçin Məmmədov deyib.

Onun sözlərinə görə, yaxın aylarda Ukraynanın Nikolayevski və Odessa vilayətlərində ARDNŞ-in yanacaqdoldurma məntəqələri (YDM) açılacaqdır. Hazırda ARDNŞ-in Odessa vilayətində yanacaqdoldurma məntəqəsi vardır. Yeni ilə yaxın Kiyevdə də şirkətin yanacaqdoldurma stansiyası açılacaqdır.

Yanacaqdoldurma məntəqələri şəbəkəsinin yaradılması mövcud stansiyaların alınması və yenilərinin inşası ilə həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə