Heydər Əsədov Bərdə rayonunda sakinlərlə görüşəcək

Heydər Əsədov Bərdə rayonunda sakinlərlə görüşəcək

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov 17 noyabr 2017-ci il tarixində, saat 11:00-da Bərdə rayon Kənd Təsərrüfatı İdarəsinin inzibati binasında Bərdə, Ağcabədi, Ağdam, Tərtər və Laçın rayonlarının sakinləri ilə görüşəcək.

Nazirlikdən SİA-ya verilən məlumata görə, görüşdə iştirak etmək istəyənlər Kənd Təsərrüfatı Nazirliyinə (012-493-51-64; 050-352-06-27) və Bərdə Rayon Kənd Təsərrüfatı İdarəsinə (050-317-93-60) müraciət edə bilərlər.

Qəbula yazılmaq üçün, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı mərkəzi” (1652) və elektron poçtu ([email protected]) vasitəsi ilə də qeydiyyatdan keçmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə