"Ölkəninin inkişafı üçün strateji istiqamətlər müəyyənləşdirilib".
SİA-nın məlumatına görə, bunu Milli Məclisdə 2018-ci il üzrə dövlət və icmal büdcəsi layihələrinin müzakirəsi zamanı iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova çıxışı zamanı deyib.
O bildirib ki, buna insan kapitalının möhkəmləndirilməsi amili də aiddir. Dünya iqtisadiyyatı üçün qısa müddətli risklər aradan qalxsa da orta risklər qalmaqdadadır. Buna pul siyasətinin sərtləşdirilməsi və.s amillər daxildir. Neftin qiymətinin növbəti illərdə 40 dollar civarında götürülüb. Qeyri-neft sektoru 2018-ci ildə 2.9 faiz, növbəti aylarda isə 3 faiz artması müəyyənləşdirilib. Azəri–Çiraq-Günəşli yataqları üzrə yeni sazişin imzalanması ölkənin inkişafı üçün vacib amildir. Cari illərdə olduğu kimi tədiyyə balansı müsbət saldoda olacaq. Proqnozlara əsassən 2018-2020-ci illərdə orta hesabla qeyri-neft sənayəsi 7.8 fazi artım proqnozlaşdırılır. Aqro parkların yaradılması, pambıqçılıq, tütünçülük və sitrus meyvələrin istehsalının genişləndirilməsi nəzərdə tutulur. Qeyri-neft sənayesinin xidmətlər sektorunda 3 faiz artım proqnozlaşdırlır.
Nazir müavini qeyd edib ki, turizim sahəsində də inkişaf var. Bunu ölkəyə gələn turistlərin sayının artması bir daha sübut edir. Turizim sektoru 6.6 faiz artacağı proqnozlaşdırılır. Nəqliyyat sektorunda 2.5 və növbəti illərdə 5 faiz artım proqnozlaşdırılır. Bakı-Tbilisi-Qars dəmiryolunun istifadəyə verilməsi Azərbaycanın tranzit imkanlarını daha da artıracaq. Qeyri-neft sahəsinə 15.9 milyarda yaxın investisya planlaşdırılır. Məşğulluğun təmin edilməsi isə daha əsasdır. Orta əmək haqqı 549 manat təşkil edəcəyi proqnozlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB