“Şimal axını” layihəsi Avropa Komissiyasının gündəliyindədir
“Şimal axını-2” layihəsi ətrafında siyasi və hüquqi savaşlar səbəbindən Avropa Komissiyası Avropa İttifaqının qanunvericiliyinin fəaliyyətinin genişləndirilərək Rusiya Federasiyasından Baltik dənizinin dibi ilə Almaniyaya çəkilişi planlaşdırılan qaz kəmərlərinə də şamil olunmasını təklif etmək niyyətindədir. Avropa Komissiyasında qeyd edirlər ki, bu təşəbbüs “hansısa yeni qaz kəmərlərinin tikintisinin qarşısının alınmasına” yönəlməyib. Lakin təsdiqləyirlər ki, hazırda bu, yalnız “Şimal axını-2” layihəsinə təsir edəcək. Çünki layihə lazımi qədər irəliləmiş mərhələdədir.
Layihəni 2019-cu ilin sonunadək başa çatdırmaq planlaşdırılıb. Bu, ikinci qol olacaq və onu 2011-2012-ci illərdə işə salınmış birinci “Şimal axını”na paralel çəkmək istəyirlər. Lakin məhz ikinci qol layihəsi şiddətli mübarizəyə səbəb olub. Berlində layihəyə müsbət baxsalar da, Polşa və Baltikyanı ölkələr onda təhlükə görürlər. Buna görə də Avropa Komissiyası interkonnektor anlamını dəyişmək istəyir. Hazırkı Direktivdə bu, Aİ ölkələrinin qaz nəqliyyatı sistemini birləşdirən boru kəməri kimi göstərilir.(AZƏRTAC)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB