Çin ABŞ-dan 300 ədəd təyyarə alacaq

Çin ABŞ-dan 300 ədəd təyyarə alacaq

Çin ABŞ-dan 37 mlrd. dollar dəyərində 300 ədəd təyyarə alacaq. RİA "Novosti" xəbər verir ki, bu barədə ABŞ-ın "Boeing" şirkətinin rəsmi məlumatında bildirilir.

Belə ki, "China Aviation Supplies Holding Company" şirkəti ilə ABŞ-ın "Boeing" şirkətinin imzaladığı müqavilə ABŞ Prezidenti Donald Tramp və Çin rəhbəri Si Tsinpinin iştirakı ilə bağlanıb.

Qeyd edək ki, ABŞ prezidentinin Çinə səfəri noyabrın 10-dək davam edəcək. Səfərin ilk 2 günü ərzində ölkələr arasında 253,4 mlrd. dollarlıq bir sıra ticarət müqavilələri imzalanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə