Bakıda, Lənkəranda və Xaçmazda 3 sığınacağın yaradılması nəzərdə tutulur
“Göyçayda 2 mərtəbəli sığınacağın açılması nəzərdə tutulur. Artıq işlər yekunlaşmaq üzrədir. Onun birinci mərtəbəsində insan alveri qurbanlarına yardım mərkəzi, ikinci mərtəbəsində məişət zorakılığı qurbanları üçün sığınacaq olacaq".
SİA-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib.
O qeyd edib ki, artıq Bakıda Avropa standartlarına cavab verən iki sığınacaq fəaliyyətə başlayıb:
“Gələn ilin əsaslı vəsait qoyuluşun ilkin layihəsi var. Burada Bakıda, Lənkəranda və Xaçmazda məişət zorakılğından əziyyət çəkənlər üçün 3 sığınacağın yaradılması nəzərdə tutulur".
Nazir bildirib ki, 10 QHT-yə məişət zorakılığı sahəsi üzrə akkreditasiya verilib və onlardan 4-nün sığınacağı (2-si Bakıda, 2-si Gəncədə) var.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB