Səhiyyə işçilərinin aldığı məvacib artırılsın- deputat təklif verdi
Səhiyyə işçilərinin aldığı məvacib olduqca aşağıdır.
SİA-nın məlumatına görə, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü millət vəkili Elmira Axundova deyib.
Deputat bildirib ki, təhsil sahəsinə ayrılan vəsait və müəllimlərin məvacibi həkimlərə nisbətən qənaətbəxşdir. Xarici ölkələrə tibb sahəsi üzrə təhsil almaq üçün gedən vətəndaşlarımız yenidən ölkəyə qayıtmırlar. Bunun səbəbi ölkədə həkimlərə verilən məvacibin olduqca az olmasıdır. Bu hal isə digər xoşagəlməz halların artmasına gətirib çıxarır. Bunun üçün təklif edirəm ki, 2018- ci il dövlət büdcəsindən vəsait ayrılsın.
Millət vəkili daha sonra təklif edib ki, anadangəlmə əlillərin təqaüdü artırılmalı və yaxud onlara qulluq edən insanlara dövlət maaş verməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB