Ötən gün Nizami bələdiyyəsində Azərbaycanda Yerli Demokratiya Həftəsi çərçivəsində görüş keçirilib.
SİA-nın məlumatına görə, Nizami bələdiyyəsinin sədri Vüqar Quliyev həyata keçirilən yerli əhəmiyyətli sosial layihələrdən, yerli özünüidarəetmə orqanları ilə icra orqanlarının birgə fəaliyyətinin əhəmiyyətindən danışıb.
Qeyd edilib ki, artıq 10 ildir Azərbaycanda Yerli Demokratiya Həftəsi keçirilir. Yerli Demokratiya Həftəsinin əsas məqsədi, yerli özünüidarəetmə proseslərində əhalinin rolunun, iştirakının və həmrəyliyin artırılması, fikir mübadilələrinin aparılması və qarşılıqlı öhdəliklərin müəyyən olunması yolu ilə fəaliyyətin daha da genişləndirilməsidir.
Hər il həftə çərçivəsində sakinlərlə görüşlərin keçirildiyini, öz fəaliyyətləri barədə seçicilərinə hesabat verdiklərini vurğulayan Vüqar Quliyev bu tədbirlərin yerli özünüidarəetmə orqanlarının fəaliyyətində şəffaflığın təmin edilməsinə, vətəndaş-bələdiyyə münasibətlərinin inkişaf etdirilməsinə və son nəticədə vətəndaş cəmiyyətinin formalaşması prosesinin sürətləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb.
Görüşdə Nizami bələdiyyəsində 2017-ci ildə görülmüş işlər, o cümlədən "Bir bələdiyyə-azı bir layihə" təşəbbüsü çərçivəsində həyata keçirilmiş layihələr barədə hesabatlar verilib, 2018-ci ilin bələdiyyə büdcəsinin və icrası nəzərdə tutulmuş layihələrin müzakirəsi aparılıb, yerli vergi və ödənişlərin yığılması işinin təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB