“Azəriqaz”: “Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!”
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) "Azəriqaz" İB bildirir ki, son vaxtlar Respublika ərazisində İran İslam Respublikasının istehsalı olan qızdırıcı sobalar satışa çıxarılıb. İstehlakçıların nəzərinə çatdırılır ki, bu və ya digər sobalara "Azəriqaz" İB tərəfindən heç bir sertifikat və lisenziya verilmir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu səlahiyyətlər yalnız Standartlaşdırma, Metreologiya və Patent üzrə Dövlət Agentliyinə və Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət agentliyinə aiddir.
"Azəriqaz" İB bir daha xəbərdarlıq edir: Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!
"Azəriqaz" İB bir daha xəbərdarlıq edir: Sertifikatı və lisenziyası olmayan qızdırıcı sobalardan istifadə etmək qəti qadağandır!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB