BVB-də hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 812 milyon dollar olub
Bu ilin 9 ayında Azərbaycan Respublikasının Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının təşkili ilə bağlı Mərkəzi Bank tərəfindən ümumilikdə 72 valyuta hərracı keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2017-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında deyilir.
Dövr ərzində ARDNF-in xarici valyuta satışları 2486 milyon ABŞ dolları təşkil edib ki, bu da 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 37.3 faiz azdır.
Hesabat dövründə Mərkəzi Bankda valyuta hərraclarının keçirilmədiyi günlərdə də banklararası valyuta bazarının "Bloomberq" platformasında təşkil edilən seqmenti normal fəaliyyət göstərib. Dövr ərzində banklararası valyuta bazarının bu seqmentində hərracdan kənar alqı-satqı əməliyyatlarının həcmi 811.7 milyon ABŞ dolları olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB