"EurActiv" portalı BTQ haqqında məqalə dərc edib

"EurActiv" portalı BTQ haqqında məqalə dərc edib

Avropa İttifaqı məsələlərini işıqlandıran "EurActiv" xəbər portalında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə verilməsi barədə “Azerbaijan, Georgia, Turkey launch ‘Silk Road’ rail link” (https://www.euractiv.com/section/) başlıqlı məqalə dərc edilib.

SİA xəbər verir ki, məqalədə Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimindən ətraflı bəhs edilir, Azərbaycan Prezidentinin və digər nüfuzlu qonaqların çıxışlarından sitatlar gətirilir.

Yazıda yenicə istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tikintisi barədə məlumat verilərək, onun region ölkələri üçün əhəmiyyəti, Böyük İpək Yolunun reallaşması istiqamətində verdiyi töhfələrdən bəhs olunur, yeni dəmir yolunun Avropa və Çin arasında daşınmalara tələb olunan vaxta əhəmiyyətli dərəcədə qənaət etməyə imkan yaratdığı vurğulanır.

Bütün xəbərlər Facebook səhifəmizdə