"Baku shopping festival":planlar, gözləntilər, nəticələr...
Milli iqtisadiyyatın inkişafında turizmin rolu
Azərbaycan iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması "iqtisadi inkişaf strategiyası"nda istinad edilən 11 sektordan (8 əsas, 3 yardımçı olmaqla) biridir. 2016-cı ildə təsdiq edilmiş "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"ndə turizm üzrə "2020-ci ilədək tədbirlər planı", "2025-ci ilədək uzunmüddətli baxış" və "2025-ci ildən sonrakı dövr üçün hədəf baxış" hazırlanması da nəzərdə tutulub ki, ölkədə turizmin innovativ əsaslarla mərhələli artımını təmin etmək mümkün olsun. Görünür ki, indi Azərbaycanda turizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşılır.
Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verdikləri 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialıdır. Bunun üçün qonşu ölkələrlə yanaşı, qlobal miqyasda tanınan dövlətlərdən də turistlərin cəlb edilməsi diqqət mərkəzindədir. Məlumat üçün bildirək ki, indiyədək Azərbaycana səfər edənlər arasında ilk üç yeri Rusiya, Gürcüstan və İran turistləri tuturlar. Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilir. Bu sırada beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. "Formula-1", "İslam Həmrəylik Oyunları", "Bakı-2015 Birinci Avropa Oyunları"nın Bakıda təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaqdır.
Növbəti Bakı Şopinq Festivalının tarixi açıqlandı
Ölkənin mövcud infrastrukturu, təbiəti, iqlimi, iri ticarət mərkəzləri, bir çox əmtəələrin qiymətlərinin ucuzluğu və ən əsası, ictimai-siyasi sabitlik, təhlükəsizlik Azərbaycanın turizm sahəsindəki iddialarını gerçəkləşdirməyə əsas yaradır. Əgər gözləntilər doğrularsa, 2020-ci ilədək olan ilk mərhələdə Azərbaycanda real Ümumi Daxili Məhsul (ÜDM) turizm sektorundan götürülən gəlirlər əsasında 465 milyon manat artacaq. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılması da 2020-ci ilədək olan ilk mərhələ üçün hazırlanmış planın tərkib hissəsidir. Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlər gözlənilir.

Turizmin dünya iqtisadiyyatında payı ÜDM-nin 9-10 faizi qədərdir. Bu mənada, turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir. Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətli rəqabət aparır. Azərbaycan isə rəqbətə yeni qoşulanlar sırasındadır. Azərbaycanda ixtisaslaşmış turizmin inkişafı üzrə proqramların hazırlanmasının tarixi, 2000-ci illərdən sonrakı dövrə təsadüf edir. Demək olar ki, bu sahəyə maraq daha çox qeyri-neft sektorunun inkişaf etdirilməsi, iqtisadiyyatın şaxələndirilməsi yönündə addımlar atılması zərurətindən yaranıb. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2002-ci ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı" bu mövzuda ilk baza sənəd kimi qəbul etmək olar. Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu, çox qısa müddətdə adlaya bilib. 2002-ci ildən keçən qısa zaman kəsiyində turizm sahəsində ciddi nailiyyətlər qazanılıb. Müqayisə üçün bildirək ki, əgər 2002-ci ildə ölkəyə gələn turistlərin sayı 834 min 351 nəfər idisə, 2016-cı ildə bu rəqəm 2 milyon 242 min 783 nəfərə qədər yüksəlib...
Türkiyəli TV aparıcı: "Ölkəmdəki dostlarımı Bakıya alış-verişə dəvət edirəm"
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2011-ci ilin "Turizm ili" elan edilməsi haqqında" sərəncam imzalaması, həmçinin "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"nın qəbul olunması turizm sənayesinin inkişaf etdirilməsi yönündə fəaliyyəti stimullaşdırıb. Görülən işlərin nəticəsi olaraq, 2011-ci ildən 2016-cı ilədək olan müddətdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının orta hesabla illik 8,5 dəfə artması təmin edilib. 2016-cı il üzrə statistikaya görə, turizm sənayesinin ölkə ÜDM-də payı 4,3 faizə qalxıb. Qəbul edilmiş proqramların tam icra edilməsindən sonra, turizmin ölkədə ÜDM-yə təsir imkanları inkişaf etmiş ölkələr səviyyəsinə çatacaq.
Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli fərmanı ilə "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin təsdiqlənməsi Azərbaycanın ixtisaslaşmış turizm məkanlarından birinə çevrilməsi yönündə işləri daha da sürətləndirib. Sənəd turizm üzrə hədəfləri və bu hədəflərə çatmaq üçün vasitələr aydın göstərir. Bakı ilə yanaşı regionlara da çeşidli turizm marşrutlarının hazırlanması, ölkəyə gəliş üçün viza proseslərinin sadələşdirilməsi kimi onlarca proqram turizm sahəsində hədəfə çatmaq üçün atılmış mərhələli addımlardır.

"Baku shopinq festival" turizm üzrə hədəflərə çatmaq üçün uğurlu vasitədir
Günümüzdə sürpriz kimi ortaya çıxan aşağı qiymətli hava reyslərinin təşkilinin də turizmin inkişaf üzrə strategiyaya bağlılığı var. Yol xəritəsi "əsas tələb bazarları ilə hava əlaqəsinin təkmilləşdirilməsi"ni bir öhdəlik olaraq qarşıya qoyur. Bunu nəzərə alaraq, Azərbaycan Konqreslər Bürosu və AZAL birgə təşkilatçılı qedərək, "Baku Shopping Festival" çərçivəsində 10 şəhərdən Azərbaycana sərfəli turlar təşkil ediblər. Ölkəyə turist axınını stimullaşdırmaq üçün təşkil edilən tur-paketlərə birbaşa uçuş bileti, transfer, iki nəfər üçün nəzərdə tutulan otaqda gecələmə, səhər yeməyi, festival iştirakçısı olan mağazalara turlar daxil edilib.
Azərbaycan Konqreslər Bürosu və AZAL Bakı Şopinq Festival müddətində sərfəli turlar təşkil edir

Azərbaycan Konqreslər Bürosunun təşkilatçılığı ilə 2017-ci ilin 10 aprel-10 may aralığına keçirilən 1-ci Bakı Şopinq Festivalın uğurlu nəticələri eyni il daxilində 2-ci festivalın təşkilinə marağı artırıb. Kampaniya ölkədə həyata keçirilən layihələrlə müqayisədə nisbətən az investisiya ilə yüksək nəticələrə çatmaq baxımından diqqət çəkir. 1-ci festivalın nəticələrini şərh edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib ki, "Bakida keçirilən 1-ci Şopinq Festivala 700 min manat xərclədik, büdcəyə isə 5,6 milyon manat vəsait daxil oldu". Bu, festivalın gətirdiyi maddi gəlirin yalnız dövlət büddəcisinə aid olan hissəsidir. Ümumilikdə 1-ci şopinq festivalın maliyyə dövriyyəsi 18 milyon 167 min 892 manata çatıb ki, bu dövriyyədən özəl iaşə obyektləri, ticarət müəssisələri və digər xidmət sahələri gəlir əldə ediblər. Statistikaya görə, onların 18%-dən 200%-ə qədər satış artımları olub. Kampaniya tərkibində Azərbaycanda ilk dəfə "Tax free" sistemi tətbiq edilib, alıcılara 1,8 mln manat ƏDV qaytarılıb. Bu yolla həm yerli əhalidə, həm də turistlərdə maraq yaradılıb, onları ölkə içində ticarətə həvəsləndirib. Proqnozlara görə, 10 aprel - 10 may tarixlərində keçirilən 1-ci, 15 oktyabr-15 noyabr tarixlərində keçiriləcək 2-ci Bakı şopinq festivalllar nəticəsində ölkə büdcəsinə ümumilikdə 50 milyon manatadək vəsait daxil olacaq. İki festivalın təşkili üçün çəkilən xərclərin cəmi isə 1 milyon 500 min manatdır. 2-ci festivala 600-ə yaxın ticarət obyektinin, supermarketin, aptekin qoşulması deməyə əsas verir ki, 1-ci festivalın nəticələri uğurlu olub. Belə ki, 2-ci festivala qatılan ticarət obyektlərinin sayı 3 dəfə yüksəlib, kampaniya alıcılarla yanaşı, xidmət təklif edənlər üçün də əlverişli şərait yarada bilib. Məlumat üçün qeyd edək ki, festival ərzində kampaniyaya qoşulmuş obyektlərdə alıcılara minimum 10%, bəzi mallar üzrə isə 70%-ə qədər endirimlər təklif edilir.
Amma Bakı Şoppinq Festivalın ölkə üçün faydası təkcə maddi gəlirlə, yaxud turist axınını stimullaşdırmaqla yekunlaşmır. Kampaniya dövründə beynəlxalq və yerli KİV-lər Bakı Şopinq Festivallarının təşkilinə əhəmiyyətli yer ayırıblar. 15 oktyabrda başlanan 2-ci festival barədə qısa müddət ərzində xarici mediada təqribən 60-dan çox məqalə dərc edilib. Ərəb ölkələri, postsovet ölkələri, Türkiyə, İran, İsrail, Hindistan, Pakistan, Böyük Britaniya, Kanada KİV-lərində yayımlanan məqalələrdə Bakı şopinq festivalla yanaşı, Azərbaycan və onun paytaxtının tanıdılmasına da əhəmiyyətli yer verilib.

Nəticələr
Rəsmi statistikaya görə, turizm sənayesində çalışanların sayı 2017-ci ildə 46 min nəfərə çatıb ki, bu da proqnozlaşdırılandan təqribən 29% yüksəkdir. Yuxarıda qeyd etmişdik ki, turizmin inkişafı üzrə proqramlarda 2020-ci ilədək olan ilk mərhələdə ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yerinin yaradılacağı nəzərdə tutulmuşdu.
2017-ci ilin daha bir uğuru ölkəyə gələn turistlərin kəmiyyəti ilə bağlıdır. İlin 9 ayı ərzində Azərbaycana 2 milyon 71 min 918 nəfər turist gəlib, bu da 2016-cı ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz artım deməkdir. Hesablamalara görə, ilin ilk 8 ayında gələn turistlərin ölkə içində xərclədikləri vəsait 700 milyon dollardan yüksəkdir ki, bu da ölkə büdcəsi ilə yanaşı, özəl xidmət sektoru üçün ciddi mənbədir. Uğurlu nəticənin əldə edilməsində "Baku Shopping Festival"ların xüsusi payı var. Festival çərçivəsində icra edilən proqramlar, o cümlədən, güzəştli tur paketlər və "Tax-free" sistemi qonşu ölkələrdən turist axınını stimullaşdırıb.

Şopinq festivallar dünya turizm və ticarət təcrübəsində mövcuddur. Türkiyə, Sinqapur və Birləşmiş Ərəb Əmirliklərində tətbiq edilərək turist axınını stimullaşdıra bilib. MDB məkanında isə ilk dəfə Azərbaycanda təşkil edilib. Azərbaycan beynəlxalq kampaniyaya milli çalar qatmaqla onu daha da möhtəşəm və uğurlu edə bilib. Həm də daxil olduğu region üçün yeni ənənə yaradıb. Təsadüfi deyil ki, Tiflis şəhər meri, Gürcüstan baş nazirinin keçmiş müavini Kaxa Kaladze, həmçinin gürcü iqtisadçı ekspert İosif Arçvadze Azərbaycanda tətbiq edilən şopinq festival ənənəsinin Gürcüstanda da ciddi maraq oyatdığını, gələcəkdə bu praktikanın Bakıda və Tibilisidə eyni vaxtda tətbiq ediləcəyinə inandıqlarını bildiriblər. Türkiyə Mərmərə qrup strateji-sosial araşdırmalar vəqfinin başqanı Akkar Suner isə Azərbaycanda yaradılan bu ənənənin bütün regiona təsir edəcəyini bildirib.
2-ci Bakı Şopinq Festivalının davam etdiyi bir dövrdə Dünya Bankının Azərbaycanla bağlı müsbət rəy açıqlaması da təsadüfi deyil .Qurum ötən həftə yaydığı hesabatında Azərbaycanın adını "Doing Business 2018" hesabatında 8 pillə irəli çəkərək, 190 ölkə arasında 57-ci yerə yüksəldib.
Ən əsası isə Azərbaycan Avropa və mərkəzi Asiya regionu üzrə ən islahatçı 3 ölkədən biri kimi müəyyənləşib. Bundan öncə isə Dünya Səyahət və Turizm Şurası Azərbaycanı 2010-2016-cı illərdə turizmin sürətlə inkişaf etdiyi ölkələr sırasında ilk 10-luğa daxil edib.
İndiki templə davam edərsə, Azərbaycanın 2025-ci ilə planlaşdırdığı "Dünyada turistlərin ən çox üstünlük verdikləri 20 məkandan biri"nə çevrilmək iddiaları daha tez doğrula bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47İnfantino bu planına görə ÜZR İSTƏDİ
İdman 03:22Azərbaycanlı blogerin keçmiş əri alimentə görə həbs edildi
Şou-Biznes 02:02Bakı–Şamaxı yolunda avtomobil aşıb
Hadisə 00:22"Yenidən ana olmaq istəyirəm" - Hadisədən AÇIQLAMA
Şou-Biznes 15 Oktyabr 23:19Sudanda təyyarə qəzası olub - 5 uşaq həlak olub
Dünya 15 Oktyabr 23:02"Sabah"ın qapıçısı Çempionlar Liqasının rəmzi komandasında!
İdman 15 Oktyabr 22:31Rusiya Baş Konsulluğu azərbaycanəsilli repçinin həbsinə görə Qazaxıstan XİN-ə nota göndərib
Dünya 15 Oktyabr 22:19Şavkat Mirziyoyevin Azərbaycana işgüzar səfəri başa çatıb - MƏLUMAT
Siyasət 15 Oktyabr 22:03Tanya Samburska yeni STIMMA kolleksiyasının siması oldu…
Dəb 15 Oktyabr 21:52Alimlər ilk olaraq hansı heyvanlarla danışacağımızı söylədilər...
Maraqlı 15 Oktyabr 21:28Təqaüdçülərə rənglərin parlaqlığını qaytaracaq ağıllı işıq yaradılıb...
Səhiyyə 15 Oktyabr 21:06Jeep Avropanı azad edən əfsanəni canlandıracaq...
Texnologiya 15 Oktyabr 20:49Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilib...
Siyasət 15 Oktyabr 20:43Gənc çinlilər kommunizmdən üz döndərirlər...
Dünya 15 Oktyabr 20:27Alsu yenidən ana olmağa qarşı deyil...
Şou-Biznes 15 Oktyabr 20:05Ölümcül yük altında yatmaq...
Sosial 15 Oktyabr 19:51İran ordusu: Hörmüz boğazının şərqində daha bir tanker yanıb
Dünya 15 Oktyabr 19:37ABŞ-da ara seçkilər haqqında əsas faktlar...
Dünya 15 Oktyabr 19:28Putinin diplomatik marafonu uğursuz oldu...
Dünya 15 Oktyabr 19:06Tramp prezidentlikdən qazanc əldə edir..?
Dünya 15 Oktyabr 18:49Prezidentin sosial media hesablarında videoçarx paylaşılıb
Siyasət 15 Oktyabr 18:31İnsanı inandırmağın yeddi yolu..?
Sosial 15 Oktyabr 18:27“Müharibəyə çevrilmə” mərhələsi...
Dünya 15 Oktyabr 18:06Dağıstan Respublikasına yeni rəhbər seçilib
Dünya 15 Oktyabr 17:52Prezident İlham Əliyev Qətər Əmiri ilə görüşüb - YENİLƏNİB
Siyasət 15 Oktyabr 17:428 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
Sosial 15 Oktyabr 17:33Kobaxidze Ermənistana səfər edib
Dünya 15 Oktyabr 17:20Gürcüstan müxalifəti etiraz aksiyaları elan edib
Dünya 15 Oktyabr 17:07Paşinyan İşçi Qrupu yaradıb...
Dünya 15 Oktyabr 17:02“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb
Hadisə 15 Oktyabr 16:35Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib
Siyasət 15 Oktyabr 16:34Bakı Bəyannaməsi qəbul edilib
Siyasət 15 Oktyabr 16:34Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb - YENİLƏNİR
Siyasət 15 Oktyabr 16:32“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Avrasiya diplomatiyasının Bakı triumfu - ANALİZ
Siyasət 15 Oktyabr 16:25Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54Mərkəzi Gömrük Hospitalında Mühafizə Xidmətinin əməkdaşları üçün ilk yardım təlimi keçirilib
Səhiyyə 15 Oktyabr 15:38Azərbaycan, Özbəkistan və Türkmənistan XİN başçıları üçtərəfli əməkdaşlığı müzakirə ediblər
Siyasət 15 Oktyabr 15:25Azərbaycan–Laos münasibətləri: yeni əməkdaşlıq perspektivləri - MƏQALƏ
Siyasət 15 Oktyabr 15:22Birbank Invest vasitəsilə “EmbaFinans” BOKT istiqrazlarına investisiya etmək imkanı
İqtisadiyyat 15 Oktyabr 15:20“Azərbaycanda İslam ərəb geyimi ilə deyil, milli-mənəvi dəyərlərlə yaşadılır” - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 15:10Hərbivəzifəlilərin təlim toplanışı davam edir
Siyasət 15 Oktyabr 14:51Bu ilin ilk 9 ayı ərzində ölkə ərazisində 1 100 transformator təmir olunub
İqtisadiyyat 15 Oktyabr 14:50“Azərbaycan beynəlxalq münasibətlər sistemində öz mövqeyini gücləndirir” - DEPUTAT
Siyasət 15 Oktyabr 14:40Azərbaycanın gimnastika komandası Avropa çempionatının finalına yüksəlib
İdman 15 Oktyabr 14:38Tarixin yeni dövrünü yazan və yaşadan lider TƏHLİL
Siyasət 15 Oktyabr 14:37Sahibə Qafarova və İqor Sergeyenko parlamentlərarası əlaqələri müzakirə ediblər
Siyasət 15 Oktyabr 14:37Yəmən müharibəsi necə bitəcək? - GÜNÜN SUALI
Siyasət 15 Oktyabr 14:35Bakıda AQEM-in 7-ci Zirvə Görüşü keçirilib - YENİLƏNİB - FOTOLAR
Siyasət 15 Oktyabr 14:31Gəlin qardaş-qardaşa danışaq... - OKAN MÜDƏRRİSOĞLU YAZIR
Siyasət 15 Oktyabr 14:16“Prezidentin siyasətində milli təhlükəsizlik əsas prioritetdir” - ŞƏRH
Siyasət 15 Oktyabr 14:13“Azərişıq”da elektrik enerjisi itkiləri azalır
İqtisadiyyat 15 Oktyabr 14:03AQEM: Azərbaycanın fəal çoxtərəfli diplomatiyası - DEPUTAT
Siyasət 15 Oktyabr 14:02Havanın tez-tez dəyişməsi oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? - HƏKİM AÇIQLADI
Səhiyyə 15 Oktyabr 14:00Azərbaycanda ilk dəfə “Oceanman” beynəlxalq üzgüçülük yarışı keçiriləcək
İdman 15 Oktyabr 13:56Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
İqtisadiyyat 15 Oktyabr 13:55"Dünyaya açıq gənc nəsil yad təsirlərə qarşı ən etibarlı müdafiədir" - ŞƏRH
Siyasət 15 Oktyabr 13:55Suriyadan repatriasiya olunan 13 Azərbaycan vətəndaşının vəziyyəti öyrənilib
Hadisə 15 Oktyabr 13:53“Son 9 ay ərzində 65 kənddə elektirik xətlərinin yenilmənməsi prosesi tamamilə yekunlaşıb“
İqtisadiyyat 15 Oktyabr 13:51"Azərişıq" ASC bu ilin yanvar-sentyabr aylarında 272 892 müraciət qəbul edib
İqtisadiyyat 15 Oktyabr 13:49Payız depressiyası nədir? - ARAŞDIRMA
Sosial 15 Oktyabr 13:46“Azərbaycanın iqtisadi potensialı beynəlxalq tərəfdaşlıqları gücləndirir” - DEPUTAT DANIŞDI
Siyasət 15 Oktyabr 13:40"Azərbaycanın müstəqil siyasəti bəzi dövlətlərlə münasibətlərdə gərginlik yaradır" - ŞƏRH EDİLDİ
Siyasət 15 Oktyabr 13:36NİİM: 8 Noyabr prospektindən mərkəz istiqamətində nəqliyyat vasitələrinin hərəkəti bərpa edilib
Hadisə 15 Oktyabr 13:21BDYPİ beynəlxalq sərgidə təmsil olunur
Sosial 15 Oktyabr 13:20Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Siyasət 15 Oktyabr 13:19Borca görə həbs qoyulan avtomobili satmaq və ya başqasına keçirmək olarmı? - HÜQUQŞÜNAS DANIŞDI
Sosial 15 Oktyabr 12:54“ABŞ-da aralıq seçkilər Tramp administrasiyasının siyasi gələcəyinə təsir edə bilər“ - ŞƏRH
Siyasət 15 Oktyabr 12:52Zakir Həsənov qırğız həmkarı ilə əməkdaşlığı müzakirə edib
Siyasət 15 Oktyabr 12:52Sabah Bakıda hava çiskinli olacaq
Hadisə 15 Oktyabr 12:51Dövlət əmlakının özəlləşdirilməsi və icarəsindən büdcəyə 165 milyon manatdan çox vəsait köçürülüb
İqtisadiyyat 15 Oktyabr 12:50"Vahid məktəbli forması təhsil müəssisələrində bərabərlik anlayışını gücləndirməlidir" - Aygün Bağırlı
Mədəniyyət 15 Oktyabr 12:50Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib
Siyasət 15 Oktyabr 12:45Laos üzv dövlət qismində AQEM-ə qoşulub
Siyasət 15 Oktyabr 12:44Özəl xəbərlər
Digər xəbərlər“Vahid məktəbli forması sosial bərabərliyin qorunmasına xidmət edir“ -FİRƏNGİZ ƏLİZADƏ
Siyasət 15 Oktyabr 16:40“Könüllülük gənclərin gələcək karyerası üçün mühüm imkandır“ - SOSİOLOQ DANIŞDI
Sosial 15 Oktyabr 16:26Çörəyin qiyməti qalxacaq? - İQTİSADÇI AÇIQLADI
İqtisadiyyat 15 Oktyabr 16:20"Məktəbin öz geyim qaydaları və vahid məktəbli forması olmalıdır" - ŞEYX ƏBDÜL MAHMUDOV
Təhsil 15 Oktyabr 15:54
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9067
+0,06%
-
GBP
2,2514
-0,24%
-
RUB
2,0148
-0,75%






