Azərbaycan hökuməti neft, qaz və mədən sənayesində idarəetmənin açıqlığına görə 9-cu yerdədir
Gəlirlərə Nəzarət İnstitutu (GNİ) və Beynəlxalq Şəffaflıq (BŞ) təşkilatı hökümətin neft, qaz və mədən sənayesində idarəetməsinin açıqlığının ilk qiymətləndirilməsini təqdim edib. SİA-nın məlumatına görə, əhəmiyyətli resurslar barədə detallı informasiyanı ictimaiyyət üçün daha geniş açıqladığı üçün 41 ölkə arasında Braziliya və Norveç ən yüksək pillədə yerləşib. Rusiya, Meksika və Çili müvafiq olaraq üçüncü, dördüncü və beşinci yerdə qərarlaşıb. Təbii resursların əsas istehsalçıları arasında əsaslı müqayisəyə imkan verən Gəlirlərə Nəzarət İndeksinə görə Azərbaycan 9-cu yerdə qərarlaşıb. Türkmənistan isə Ekvatorial Qvineya və Konqo Demokratik Respublikasından sonra ən aşağı pilləni tutub. 56 səhifəlik hesabatda 41 ölkənin hökümətinin neft, qaz və digər faydalı qazıntıların işlənilməsi üçün əldə etdiyi gəlirlərin, kontraktların və digər bəsit məlumatların ictimaiyyətə açıqlanması müqayisə olunub. Demək olar ki, bütün bu ölkələrdə faydalı qazıntılar ictimai əmlakdır və gəlirlər vətəndaş adından hökümətə etibar edilərək idarə edilir.
"Biz aydınlaşdırdıq ki, əksər ölkələrdə hökümət vətəndaşlara iqtisadiyyatın bu cür əhəmiyyətli sahəsi haqda az məlumat verir. İnformasiyaya çıxış olmadan ictimaiyyətin hökümət tərəfindən resursların idarə edilməsinə və xərcləməsinə təsiri çox məhduddur. Hökümətin bu gəlirləri ictimailəşdirməsi yüksək səviyyəli korrupsiya ilə mübarizə və vətəndaşların gəlirlərin idarə olunmasında hökümətə qarşı etibarsızlığının azaldılması üçün son dərəcə vacibdir. Həmçinin, gəlirlərin şəffaf və məsuliyyətli idarə olunması iqtisadi inkişaf və siyasi sabitlik üçün fundamental əhəmiyyətə malikdir. Açıqlıq yaxşı idarəetməyə zəmanət vermir, lakin şəffaflıq onu qurmaq üçün əhəmiyyətli bir blokdur ,"- GNİ Direktoru Karin Lissakers Vaşinqtonda İndeksi təqdim edərkən qeyd edib.
"Bizim tapıntılar qanunyaradanları və vətəndaş cəmiyyətini indeksdə vurğulanmış boşluqları diqqət mərkəzində saxlamağa və daha çox açıqlıq üçün spesifik islahatları dəstəkləməyə çağırır. Neft, qaz və mədən sənayesi qlobal iqtisadiyyatda həlledici əhəmiyyətə malikdir. Neft və neft məhsulları dünya ticarətinin 15 faizini təşkil edir. Həmçinin, neft və mədən sənayəsi indeksə daxil edilmiş ölklələrdə ümummilli məhsulun 80 faizinədək təşkil edir.,"- BŞ-nın qlobal proqram direktoru Kristian Purtman vurğulayıb.
Qeyd edək ki, gəlirlərə Nəzarət İnkeksini əldə etmək üçün link: http://www.revenuewatch.org/rwindex

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB