SOCAR-ın Kompleks Qazma İşləri Trestinin 490 saylı quyusunda baş verən qəza nəticəsində ölən olmayıb. SİA-nın məlumatına görə, bu barədə açıqlamasında SOCAR-ın mətbuat xidmətinin əməkdaşı İbrahim Əhmədov məlumat verib.
Məlumata görə, hadisə nəticəsində iki nəfər xəsarət alıb. Xəsarət alanlar qazma köməkçisi - Fikrət Gözəlov və Cavad Ədilovdur.
Hər iki şəxs dərhal xəstəxanaya yerləşdirilib. Onlardan birinin xəsarəti yüngül olduğundan evə buraxılıb, digər yaralının müalicəsi davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB